...

Çinlə ixrac rüsumlarını ləğv etmək hələ tezdir - Ağ Ev

Dünya xəbərləri Materials 7 İyun 2022 06:35 (UTC +04:00)
Çinlə ixrac rüsumlarını ləğv etmək hələ tezdir - Ağ Ev

Bakı. Trend:

ABŞ administrasiyası hesab edir ki, hazırda ABŞ-ın Çin mallarına tətbiq etdiyi tarifləri ləğv etmək imkanından, eləcə də Pekinin oxşar addımlarından danışmaq tezdir.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bazar ertəsi jurnalistlər üçün brifinqdə bəyan edib.

Jean-Pierre xatırladıb ki, ABŞ-ın ticarət naziri Gina Raimondo daha əvvəl bildirib ki, ABŞ lideri Co Bayden ona və digər rəsmilərə bu məsələyə baxmağı, Çinin öhdəliklərini təhlil etməyi tapşırıb.

"Mən hadisələri qabaqlamaq istəmirəm", - o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti