...

Nyu-York ştatında silah satışını sərtləşdirən qanunvericilik paketi imzalanıb

Dünya xəbərləri Materials 8 İyun 2022 06:21 (UTC +04:00)

Bakı. Trend:

Nyu-York qubernatoru Keti Hokul son bir neçə həftə ərzində kütləvi insan tələfatı ilə nəticələnən atışmalardan sonra ştatın silah satışı ilə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini imzalayıb.

Trend-in məlumatına görə, paketdə odlu silah alqı-satqısindakı boşluqların aradan qaldırılmasına dair məsələlər öz əksini tapıb.

"Silah zorakılığı ölkəmizi parçalayan bir epidemiyadır. Nyu-Yorkda biz öz ştatımızın sakinlərini qorumaq üçün cəsarətli addımlar atırıq”, - deyə K. Hokul bildirib.

Paketə daxil edilən digər bir qanun layihəsi də silah almaq istəyən şəxslərin ən azı 21 yaşında olmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti