...

Moldova buğda unu və buğdanın ixracına qoyulan qadağanı ləğv edib

Dünya xəbərləri Materials 26 İyun 2022 03:09 (UTC +04:00)

Bakı. Trend:

Moldovanın Fövqəladə Hallar Komissiyası şənbə günü, iyunun 25-də keçirdiyi iclasda buğda və unun ixracına qoyulan qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, buraədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Moldovada fevralın 24-də Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar övqəladə vəziyyət rejiminin tətbiqi qərara alınıb. Bu zaman baş nazirin rəhbərliyi ilə Fövqəladə Hallar Komissiyası Parlamentin razılığı olmadan qərar qəbul etmək hüququ əldə edib.

Martın 1-dən Moldovada ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə buğdanın, martın 12-dən isə unun ixracına qadağa qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti