Bakı. Trend:
G7 ölkələri koronavirus əleyhinə 1 milyard dozadan çox vaksinin paylaşdırılmasını təmin edəcək.
Trend-in məlumatına görə, bu barədə G7 sammitinin yekununda yayımlanan bəyanatda deyilir.
"COVID-19 pandmeiyasının öhdəsindən gələ bilmək üçün biz 1,1 milyard dozadan çox vaksinin tədarükünü davam etdirəcəyik. Biz gələcək pandemiyaların, səhiyyə sahəsindəki problemlərin qarşısını alacğıq", - bəyanatda bildirilir.