...

Məşhur amerikalı musiqiçi səhnədə huşunu itirib

Dünya xəbərləri Materials 6 İyul 2022 11:41 (UTC +04:00)
Məşhur amerikalı musiqiçi səhnədə huşunu itirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı musiqiçi, dəfələrlə "Grammy" mükafatının qalibi, gitaraçı Karlos Santana Detroyt şəhərində konsert zamanı huşunu itirib.

Trend-in məlumatına görə, 74 yaşlı musiqiçi səhnədə olarkən özünü pis hiss etməyə başlayıb.

Nəticədə konsert yarımçıq dayandırılıb və K.Santana xəstəxanaya çatdırılıb. Həkimlər onun isti və susuzluqdan özünü pis hiss etdiyini bildirib.

Hazırda musiqiçinin vəziyyətinin yaxşı olduğu deyilir.

Qeyd edək ki, Karlos Santana ötən il ürəyindən ağır əməliyyat keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti