...

Ermənistanın birinci prezidentinin evinə bomba qoyulması barədə məlumat yayıldı

Dünya xəbərləri Materials 17 İyul 2022 23:45 (UTC +04:00)
Ermənistanın birinci prezidentinin evinə bomba qoyulması barədə məlumat yayıldı

Bakı. Trend:

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması barədə ölkə polisinə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu məlumatı sabiq prezidentin mətbuat katibi Arman Musinyan təsdiqləyib.

Bildirilib ki, hadisə yerinə polis əməkdaşları, istehkamçılar və kinoloqlar gəlib, Levon Ter-Petrosyanın evi mühasirəyə alınıb.

Ermənistanın birinci prezidentin evindəki bomba siqnalının yalan olduğu məlum oldu. Yoxlama nəticəsində heç bir təhlükəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti