Bakı. Trend:
Danimarkanın "Bavarian Nordic" əczaçılıq şirkəti Aİ tərəfindən meymunçiçəyinə qarşı "Imvanex" vaksininin istifadəsi üçün icazə alıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, iyulun 22-də verilən icazə bütün Aİ ölkələrində, o cümlədən Norveç, İslandiya və Lixtenşteyndə qüvvədədir.
Bir müddət əvvəl, "Imvanex" meymunçiçəyinə qarşı ABŞ və Kanadada təsdiq olunmuşdu. Bu preparat hələlik meymunçiçəyinə qarşı yeganə vasitə hesab olunur.