...

"Mercedes" 38 mindən çox avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 1 Avqust 2022 20:51 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Mercedes-Benz" avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38,2 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar əyləclərin vakuum gücləndiricilərinin iş qabiliyyətinin mümkün pozulması ilə əlaqədardır.

Qeyd olunur ki, geri çağırılma 2004-2014-cü illərdə satılmış GL, ML, R-Class tipli avtomobillərə şamil olunur.

Həmin avtomobillərdə qüsurların aradan qaldırılması ilə bağlı işlər ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti