...

Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edilib

Dünya xəbərləri Materials 12 Sentyabr 2022 13:55 (UTC +04:00)
Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 12-dən etibarən Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Aİ Şurasınının qərarında deyilir.

Qərara əsasən, Rusiya vətəndaşlarına viza verilməsi müddəti 15-45 gün əhatə edəcək. Viza rüsumu isə 35 avrodan 80 avroya yüksəldilib.

Xatırladaq ki, Rusiya ilə Aİ arasında sadələşdirilmiş viza rejimi 2007-ci ilin iyunundan qüvvəyə minmişdi. Bu il avqustun 31-də Praqada keçirilmiş iclas zamanı Aİ üzvləri rejimin ləğv edilməsini dəstəkləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti