...

İranda etiraz aksiyalarında 17 bank binası yandırılıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 14:28 (UTC +04:00)
İranda etiraz aksiyalarında 17 bank binası yandırılıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda etiraz aksiyaları zamanı 17 bank filialı yandırılıb..

Trend-in məlumatına görə, bunu İranın Dövlət Bankları Koordinasiya Şurasının katibi Əlirza Qeytasi deyib.

Ə.Qeytasinin sözlərinə görə, ilkin hesablamalara görə, minimum 400 milyard rial (təxminən 9,52 milyon dollar) dəyərində ziyan dəyib.

O əlavə edib ki, İlam vilayətində 7, Şimali Xorasan vilayətində 5, Şərqi Azərbaycan vilayətində 3, Həmədan vilayətində 2 bank filialı yanıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti