...

Hindistanda fişəng anbarı partlayıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 20 Oktyabr 2022 13:11 (UTC +04:00)
Hindistanda fişəng anbarı partlayıb, ölən və yaralananlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Madhya-Pradeş ştatında külli miqdarda fişəng və petardların saxlandığı binada partlayış baş verib.

Trend-in cümə axşamı verdiyi məlumata görə, hadisə nəticəsində azı dörd nəfər həlak olub. Daha 7 nəfər ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayış nəticəsində bina çöküb. Dağıntılar altında insanların qaldığı istisna olunmur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti