Bakı. Trend:
Almaniyanın "Mercedes-Benz" şirkəti Çində 1 696 avtomobili geri çağırır.
Trend-in cümə günü məlumatına görə, bu barədə Çinin Bazarlara Nəzarət İdarəsi bildirib.
Qərar avtomobillərdə ötürücülər qutusunda qeydə alınan qüsurlarla əlaqədar verilib.
Geri çağırılma 2018-ci ilin sentyabrından 2022-ci ilin aprelinədək Çində satılmış E sinif AMG GT modellərinə şamil olunur.