Bakı. Trend:
Rusiya Səhiyyə Nazirliyi təbii çiçək xəstəliyinə qarşı "Ortopoksvak" vaksinini qeydiyyata alıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Rusiya dərman preparatlarının dövlət reyestrində deyilir.
Qeyd olunur ki, həmin vaksin, həmçinin meymunçiçəyinin profilaktikası üçün nəzərdə tutulub.
Məlumata əsasən, vaksin zəiflədilmiş çiçək virusu əsasında yaradılıb və bütün ortopoks virus xəstəliklərinin profilaktikası üçün nəzərdə tutulur.