...

Klinton koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 1 Dekabr 2022 09:49 (UTC +04:00)
Klinton koronavirusa yoluxdu

Bakı. Trend:

ABŞ-nin sabiq prezidenti Bill Klinton koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

“COVİD-19 test nəticəm pozitiv çıxdı. Simptomlar cüzidir, ancaq ümumilikdə özümü yaxşı hiss edirəm və işlərimi evdən görürəm”, - deyə Klinton yazıb.

76 yaşlı siyasətçi qeyd edib ki, COVİD-19 vaksinasiyasından tam keçib və buster doza qəbul edib. O, qış fəslində hər kəsi vaksinasiya olunmağa səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti