...

Edvard Snouden Rusiya pasportu aldı

Dünya xəbərləri Materials 2 Dekabr 2022 17:36 (UTC +04:00)

Bakı.Trend:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş zabiti Edvard Snouden Rusiya vətəndaşlığını təsdiq edən pasport alıb.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Anatoli Kuçerena məlumat verib.

“Edvard dünən Rusiya Federasiyasının pasportunu alıb və qanunvericiliyə uyğun olaraq and içib”, - deyə o qeyd edib.

Snoudenin bu hadisəni necə qəbul etdiyini soruşduqda, Kuçerena belə cavab verib: "O, əlbəttə ki, sevinir və indi Rusiya Federasiyasının tamhüquqlu vətəndaşı olduğu üçün təşəkkür edir. Ən əsası isə Rusiya Konstitusiyasına uyğun olaraq, o, xarici dövlətə təhvil verilə bilməz".

Vəkil bildirib ki, Snoudenin həyat yoldaşı da Rusiya vətəndaşlığını almağa hazırlaşır: "Hazırda müraciət etmək üçün lazımi sənədləri toplayırıq. Hesab edirəm ki, proses çox çəkməyəcək".

Xatırladaq ki, Snouden 2013-cü ildə ABŞ kəşfiyyat orqanlarının dünya üzrə müşahidə proqramları haqqında məlumatları ictimailəşdirib. Rezonans doğuran bu hadisədən sonra vətənində ona qarşı casusluq və dövlət əmlakını oğurlamaqla bağlı qiyabi ittiham irəli sürülüb. Snouden əvvəlcə ABŞ-dan Honq-Konqa, sonra isə Rusiyaya qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti