...

Dünyanın 100 ən böyük şirkətinin silah satışı ötən il 1,9 faiz artıb

Dünya xəbərləri Materials 5 Dekabr 2022 07:34 (UTC +04:00)
Dünyanın 100 ən böyük şirkətinin silah satışı ötən il 1,9 faiz artıb

Bakı. Trend:

Ötən il silah və hərbi texnika satışının qlobal həcminin artdığı yeddinci il oldu.

Trend-in məlumatına görə, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SIPRI) hesabatına görə, 100 ən böyük şirkət üçün bu, 1,9 faiz artaraq 592 milyard dollara çatıb.

2019-2020-ci il ilə müqayisədə 2020-2021-ci illərdə silah ticarəti daha yüksək artım nümayiş etdirsə də, bütövlükdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı olub. Reytinqə əvvəlki kimi Amerika şirkətləri başçılıq edir. Yüz şirkətdən 40-ı onların payına düşür, satışın ümumi həcmi isə 299 milyard dollar təşkil edir. İlk beşlik də ABŞ şirkətlərinə aiddir. Reytinqə Avropadan 27, Asiya və Okeaniyadan 21, Rusiyadan 6 şirkət daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti