...

Frankfurt aeroportunda 170-dən çox reys təxirə salınıb

Dünya xəbərləri Materials 19 Dekabr 2022 12:50 (UTC +04:00)
Frankfurt aeroportunda 170-dən çox reys təxirə salınıb

Bakı. Trend:

Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt-Maynın fəaliyyəti buzlanma səbəbindən iflic olub.

Trend TASS-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən 176 reys ləğv edilib.

Ümumilikdə bazar ertəsinə təxminən 1,1 min uçuş planlaşdırılıb. Daha bir neçə reysin ləğv edilməsi və gecikmələr istisna edilmir.

Eyni zamanda hava limanının mətbuat xidmətindən bildirilib ki, hələlik uçuşların tam dayandırılmasından söhbət getmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti