...

“Mercedes-Benz” şirkəti elektromobillər üçün elektrik doldurma stansiyaları şəbəkəsi quracaq

Dünya xəbərləri Materials 6 Yanvar 2023 05:12 (UTC +04:00)

Bakı. Trend:

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” bütün dünyada - Şimali Amerikada, Avropada və Çində özünün elektrik avtomobilləri üçün elektrik doldurma stansiyaları şəbəkəsi qurmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə cümə axşamı “Heise” portalı məlumat yayıb.

Bildirilib ki, şirkət 2030-cu ilin sonunadək elektromobillər üçün 10 mindən çox sürətli elektrik doldurma məntəqəsi yaratmağı planlaşdırır. İlk stansiyalar bu il ərzində Şimali Amerikada yaradılacaq və onlar təkcə “Mercedes-Benz” avtomobillərinə deyil, digər markalardan olan avtomobillərə də xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti