Bakı. Trend:
İsrail ötən axşam Şərqi Qüdsdə Neve Yaakov rayonunda yəhudi məhəlləsindəki sinaqoqun yaxınlığında baş vermiş və yeddi nəfərin ölümünə səbəb olmuş terror aktının istintaqı çərçivəsində 42 nəfəri saxlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail televiziyası xəbər verir.
Telekanalın məlumatına görə, şəxslərin bir qismi Şərqi Qüdsdə yaşayan terrorçunun evində saxlanılıb. Saxlanan şəxslərin arasında onun ailə üzvləri, qohumları və yaxın çevrəsi var.