...

İstanbulda İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib

Dünya xəbərləri Materials 5 Fevral 2023 01:56 (UTC +04:00)
İstanbulda İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib

Bakı. Trend:

İstanbulda keçirilən əməliyyat zamanı bəzi baş konsulluqlara və xristian və yəhudi vətəndaşların ibadət yerlərinə qarşı təxribatlarla bağlı İŞİD terror təşkilatından sifariş almaqda şübhəli bilinən 15 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları İŞİD terror təşkilatının fəaliyyətinin deşifrə edilməsi və şübhəlilərin saxlanılması üçün fəaliyyətə başlayıb.

Müəyyən edilib ki, şübhəlilər İŞİD terror təşkilatı ilə əlaqəli olub, onlar münaqişə bölgələrinə gəliblər. Lakin onlar tərəfindən baş konsulluqlara və xristian və yəhudi vətəndaşlarının ibadət yerlərinə qarşı konkret təhdidlər aşkar edilməyib.

Polis əməliyyatları tamamlandıqdan sonra 15 şübhəli şəxs saxlanılaraq məhkəmə binasına aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti