...

Hyundai və Kia 570 min avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 25 Mart 2023 11:57 (UTC +04:00)
Hyundai və Kia 570 min avtomobili geri çağırıb

Bakı. Trend:

Cənubi Koreyanın Hyundai şirkəti və onun törəməsi olan Kia qısaqapanma təhlükəsi səbəbindən ABŞ-də satılan 570 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qüsur 2022 və 2023-cü illər istehsalı olan Hyundai Santa Cruz, 2019-2023-cü illər istehsalı olan Hyundai Santa Fe, 2021-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Hybrid, 2022-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Plug-in Hybrid və Kia Carnival modellərində aşkar edilib.

Cənubi Koreya şirkətləri bu modellərin sahiblərinə onları qapalı yerlərdə park etməməyi tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti