...

"Hyundai" və "Kia" ABŞ-dan 571 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 25 Mart 2023 02:54 (UTC +04:00)
"Hyundai" və "Kia" ABŞ-dan 571 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

Cənubi Koreyanın avtomobil istehsalçıları "Hyundai" və "Kia" yanğın təhlükəsi səbəbindən ABŞ-dan 571 mindən çox yolsuzluq avtomobili və mikroavtobusu geri çağırır.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Şirkətlər avtomobil sahiblərindən təmir işləri aparılana qədər avtomobilləri küçədə və konstruksiyalardan kənarda qoymalarını xahiş edirlər, çünki avtomobildə qısaqapanma baş verə bilər.

Geri çağırılan modellərə "Hyundai Santa Fe", "Hyundai Santa Fe Hybrid", "Hyundai Santa Fe Plug-in Hybrid", "Hyundai Santa Cruz" və "Kia Carnival" modelləri aiddir. "Hyundai" modellərindən birində artıq 1 yanğın hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti