...

Niderlandda qatar relsdən çıxıb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 4 Aprel 2023 08:15 (UTC +04:00)
Niderlandda qatar relsdən çıxıb, xəsarət alanlar var

Bakı. Trend:

Niderlandın Cənubi Hollandiya əyalətində qatar relsdən çıxıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Niderlandın teleradioyayım korporasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlumata əsasən, qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Mərkəzi Hollandiya regionunun təhlükəsizlik xidməti "Twitter"də bildirib ki, insidentə səbəb dəmiryol relslərində tikinti texnikası olub.

"Sərnişin qatarı tikinti texnikasına çırpılıb", - deyə məlumatda bildirilir.

"nu.nl" informasiya portalı qəza zamanı qatarda təxminən 50 nəfərin olduğunu iddia edir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qatarın ön hissəsi relsdən çıxıb, orta hissəsi yan tərəfə aşıb, quyruq hissəsində isə yanğın başlayıb və tezliklə yanğın söndürülüb.

Hadisə ilə əlaqədar olaraq bu hissədə qatarların hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti