...

Bişkekdə bomba qoyulması məlumatı ilə bağlı 9 məktəb təxliyə edildi

Dünya xəbərləri Materials 20 Aprel 2023 08:20 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 9 məktəb təxliyə edilib.

Trend "Kabar"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, 20 aprel 2023-cü il tarixində səhər saat 07:29 radələrində Bişkek şəhər Daxili İşlər Baş İdarəsinin "102" qaynar xəttinə 33 saylı məktəb-gimnaziyanın elektron poçtuna guya bomba qoyulması barədə məktubun gəldiyi məlumatı daxil olub.

Dərhal Bişkek şəhərinin Sverdlovsk Rayon Daxili İşlər İdarəsinin istintaq qrupu, İctimai Təhlükəsizlik Xidmətinin əməkdaşları və rayon administrasiyasının rəhbərliyi hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn polis əməkdaşları ərazini mühasirəyə alıb, şagirdləri və məktəb rəhbərliyini təxliyə edib.

Bundan əlavə, oxşar məlumatlar 64, 52, 67, 62 32 saylı digər təhsil müəssisələri, Bişkek Beynəlxalq Məktəbi, "Oksford", özəl "Seytek" məktəbinə daxil olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti