...

ABŞ dövlət katibinin köməkçisi Qırğızıstan və Tacikistana səfər edəcək

Dünya xəbərləri Materials 23 Aprel 2023 04:01 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisi Qırğızıstan və Tacikistana səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu aprelin 22-27-də Qırğızıstan və Tacikistana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.

"Lu ABŞ-Tacikistan tərəfdaşlığının dərinləşdirilməsinə diqqət yetirmək və təhlükəsizlik də daxil olmaqla ümumi narahatlıqları və məqsədləri müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşmək üçün Düşənbəyə gedəcək", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Lu həmçinin "mətbuat azadlığının vacibliyini və güclü vətəndaş cəmiyyətinin zəruriliyini vurğulamaq üçün" Tacikistan mediası və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

"Dövlət katibinin köməkçisi Lu həm Bişkekdən, həm də Düşənbədə olarkən ABŞ-ın Qırğızıstan Respublikası və Tacikistanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyini vurğulayacaq", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti