...

“Hyundai” Rusiya bazarını tərk etmək niyyətindədir

Dünya xəbərləri Materials 27 Aprel 2023 08:14 (UTC +04:00)
“Hyundai” Rusiya bazarını tərk etmək niyyətindədir

Bakı. Trend:

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” zavodlarını Qazaxıstan şirkətinə sataraq Rusiya bazarını tərk etmək niyyətindədir.

Trend-in məlumatına görə, şirkət Rusiya hakimiyyətinin qərarını gözləyir.

Sövdələşmənin şərtlərinə “Hyundai Motor”un istənilən vaxt aktivləri geri ala biləcəyi müddəa daxildir.

Sankt-Peterburqdakı “Hyundai” avtomobil zavodu 2022-ci ilin martında komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə avtomobillərin istehsalını dayandırıb. Buna qədər müəssisədə “Hyundai Solaris”, “Hyundai Creta”, “Kia Rio” və “Kia Rio X-Line” modelləri istehsal olunurdu. 2010-cu ildə işə salınan zavodun istehsal gücü ildə 200 mindən çox avtomobil təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti