...

Özbəkistanın yeni Konstitusiyası qüvvəyə minib

Dünya xəbərləri Materials 1 May 2023 21:24 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 30-da keçirilən referendumda qəbul edilən “Özbəkistan Konstitusiyası haqqında” qanun qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti bildirib.

MSK tərəfindən qəbul edilən qərara əsasən, qanun 2023-cü il mayın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanın yeni redaksiyada Konstitusiyasına dair referendum keçirilib. Seçici fəallığı 84,50 faiz təşkil edib. Vətəndaşların 90,20 faizi (15,04 milyon) yeni Konstitusiyanın qəbulunun lehinə, 9,35 faizi (1,55 milyon vətəndaş) əleyhinə səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti