...

Yunanıstanın Ali Məhkəməsi 36 partiya və koalisiyaya seçkilərdə iştirak etməyə icazə verir

Dünya xəbərləri Materials 3 May 2023 03:26 (UTC +04:00)
Yunanıstanın Ali Məhkəməsi 36 partiya və koalisiyaya seçkilərdə iştirak etməyə icazə verir

Bakı. Trend:

Yunanıstanın Mülki və Cinayət İşləri üzrə Ali Məhkəməsi mayın 21-də keçiriləcək parlament seçkilərində 36 siyasi partiya və koalisiyaya, həmçinin bir müstəqil namizəd Stefanos Proitsisə seçkilərdə iştirak etməyə icazə verib.

Trend xəbər verir ki, bu barədə "Efimerida ton sindakton" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Ali Məhkəmə eyni zamanda 13 partiyanın və bir müstəqil namizədin seçkilərdə iştirak etməsini qadağan edib.

Qeyd edək ki, ümumilikdə seçkilərdə iştirak üçün 50 siyasi təşkilat və namizəd - 38 partiya, 10 partiya koalisiyası və 2 müstəqil namizəd ərizə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti