...

Yunanıstanda parlament seçkiləri Mitsotakisin sağ mərkəzçilərini hakimiyyətə qaytarıb

Dünya xəbərləri Materials 26 İyun 2023 03:55 (UTC +04:00)
Yunanıstanda parlament seçkiləri Mitsotakisin sağ mərkəzçilərini hakimiyyətə qaytarıb

Bakı. Trend:

Sabiq Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyasi təkrar parlament seçkilərində bülletenlərin 98 faizinin hesablanmasından sonra səslərin 40,56 faizini toplayıb.

Tend-in məlumatına görə, bu barədə parlament seçkilərinin təşkili ilə məşğul olan Yunanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. “Yeni demokratiya” partiyasının topladığı səs ona ölkənin 300 yerlik birpalatalı parlamentində 158 yer əldə etməsinə və müstəqil şəkildə hökumət qurmasına imkan verir.

Mitsotakis iyunun 26-da Prezident sarayında ölkənin yeni Baş naziri qismində and içəcək, gün ərzində hökumətin tərkibi elan olunacaq. İyulun 3-də deputatların andiçmə mərasimi, iyulun 4-də isə sədr, sədr müavinləri, eləcə də katiblik üzvlərinin seçilməsi üçün parlamentin plenar iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti