Bakı. Trend:
Nigeriyada avtobus və yük maşınının toqquşması nəticəsində azı 20 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Punch" qəzeti xəbər verib.
Məlumata əsasən, qəza bazar günü Laqos-Badaqri avtomobil yolunda baş verib. Avtobus sürücüsü avtomobili ötərkən idarəetməni itirərək yük maşınına çırpılıb.
Qeyd olunub ki, Laqos ştatının nəqliyyat departamentinin direktoru 20 nəfərin öldüyünü təsdiqləyib.