Bakı. Trend:
Türkiyə "HÜRKUŞ" hücum təyyarəsini ikinci ölkəyə ixrac edib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə Hava və Kosmos Sənayesi A.Ş.(TUSAŞ) Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi və 2 ANKA SİHA təhvil verib.
"Təslimatlarımızı sürətlə davam etdiririk. Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ və 2 ANKA təslim etdik. Çad HÜRKUŞ ixrac edilən ikinci ölkə oldu",- deyə TUSAŞ-ın məlumatında bildirilib.
Qeyd edək ki, Türkiyənin HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi ilk dəfə Nigerə ixrac edilib.