Bakı. Trend:
Avropa İttifaqı Koreya Xalq Demokratik Respublikasının iyulun 12-də qitələrarası ballistik raket buraxmasını pisləyib.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında deyilir.
"Aİ Koreya Xalq Demokratik Respublikasının bu il dördüncü dəfə iyulun 12-də daha bir qitələrarası ballistik raket buraxmasını kəskin şəkildə pisləyir. Şimali Koreya kütləvi qırğın silahları hazırlamaq niyyətini nümayiş etdirməkdə davam edir", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, bu hərəkətlər beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir.