...

Bu ölkədə 19 yaşlı gəncə Alzheimer diaqnozu qoyuldu - Dünyada ilk

Dünya xəbərləri Materials 21 İyul 2023 11:22 (UTC +04:00)
Bu ölkədə 19 yaşlı gəncə Alzheimer diaqnozu qoyuldu - Dünyada ilk
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çində bir klinikada nevroloqlar 19 yaşlı oğlana Alzheimer xəstəliyi diaqnozu qoyublar.

Trend-in məlumatına görə, bu, dünyada indiyədək Alzheimer diaqnozu qoyulan ən gənc insan olub.

17 yaşından yaddaş itkisi yaşamağa başlayan gəncin koqnitiv çatışmazlıqları getdikcə daha çox üzə çıxıb. Xəstənin beyninin görüntülərində yaddaşa görə cavabdeh olan hippokampusda büzülmə müşahidə olunub. Onurğa beyni mayesi demansiyanın ən geniş yayılmış formasının ümumi əlamətlərini əks etdirib.

Qeyd edək ki, Alzheimer xəstəliyi demensiya ilə müşahidə edilən və müalicəsi olmayan xəstəlikdir. Adətən, 65 yaşdan yuxarı insanlarda baş verən xəstəliyə bəzən cavanlar arasında da rast gəlinir. 30 yaşdan aşağı Alzheimer xəstəliyinin səbəbi, demək olar ki, həmişə patoloji gen mutasiyası ilə izah edilir.

Bu gün Alzheimer xəstəliyinin dəqiq səbəbləri bilinməsə də, risk faktorları arasında kəllə-beyin travmaları, damar xəstəlikləri, yüksək qan təzyiqi, şəkər, tütünçəkmə, depressiya kimi amillər üstünlük təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti