...

Adanada HÜDA-PAR qərargahına edilən hücum araşdırılır - Ali Yerlikaya

Dünya xəbərləri Materials 22 İyul 2023 22:54 (UTC +04:00)
Adanada HÜDA-PAR qərargahına edilən hücum araşdırılır - Ali Yerlikaya
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Adanada HÜDA-PAR qərargahına edilən hücum araşdırılır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya bildirib.

"HÜDA-PAR Adana binasına bıçaqla hücum edən şəxs saxlanılıb. Hücum zamanı yaralanan HÜDA-PAR Adana İl sədri cənab Salih Dəmirə şəfa diləyir, hücumda həyatını itirən İl katibi Sacit Pişginə Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq davam edir'' - deyə Yerlikaya qeyd edib.

Məlumat üçün qeyd edək ki, bu gün HÜDA-PAR Adana qərargahına hücum edilib.

Hücum zamanı partiyanın Adana vilayət sədri Salih Dəmir ağır yaralanıb, baş katib Sacit Pişgin isə hücum zamanı həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti