...

Türkiyədə ölkədaxili neft hasilatı rekord səviyyəyə çatıb

Dünya xəbərləri Materials 4 Avqust 2023 16:28 (UTC +04:00)
Türkiyədə ölkədaxili neft hasilatı rekord səviyyəyə çatıb

Bakı. Trend:

Türkiyədə "Şəhid Esma Çevik" və "Şəhid Aybüke Yalçın" yataqlarında qazılan yeni quyularla Şırnak Qabar ərazisində gündəlik 16 min 188 barel neft hasilatı əldə edilib və 75 min 52 barel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekordu qırılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti sosial media hesabında bildirib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Qabar dağından çıxarılan neftin 2024-cü ilə qədər 100 min barelə çatdırılması hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti