...

THY təyyarələrinin sayını artırır

Dünya xəbərləri Materials 8 Avqust 2023 13:37 (UTC +04:00)
THY təyyarələrinin sayını artırır

Bakı. Trend:

Türk Hava Yolları təyyarələrinin sayını artırır.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türk Hava Yolları şirkəti daha əvvəl seçim etdiyi 4 "Airbus A350-900" tipli təyyarənin sifarişini yekunlaşdırıb.

“Rəqibsiz iqtisadi üstünlükləri və səmərəliliyi ilə yeni nəsil geniş gövdəli təyyarələr arasında özünəməxsus yeri olan "A350"nin Türk Hava Yollarının böyümə hədəflərinə verdiyi töhfədən qürur duyuruq. Türk aviasiya sənayesi, Türk Hava Yolları və "Airbus" arasında uzunmüddətli əməkdaşlıq hər yeni addımla genişlənir və güclənir”, - deyə "Airbus" Ticarət Təyyarələrinin (CCO) rəhbəri Kristian Şerer qeyd edib.

"A350" təyyarəsi dünyanın iri aviaşirkətlərindən 1000-dən çox sifariş alan ən müasir və səmərəli geniş gövdəli təyyarədir və uzun uçuş məsafəsi ilə 300-410 sərnişin tutumuna malik təyyarələr kateqoriyasında liderdir. Gözoxşayan dizaynı, innovativ texnologiyaları, aerodinamikası, yüngül çəkisi və yeni mühərrikləri sayəsində o, əvvəlki nəsil rəqib təyyarələrlə müqayisədə yanacaq sərfiyyatına, istismar xərclərinə və CO2 emissiyalarına 25 faiz qənaət edir və 50 faiz daha sakit uçuş rahatlığı təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti