...

Türkiyənin BƏƏ-nə elektrik avadanlıqları ixracı 123 milyon dolları ötüb

Dünya xəbərləri Materials 9 Avqust 2023 17:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Birləşmiş Ərəb Əmirliklərinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 123,7 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə BƏƏ-nə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 46,4 faiz artaraq 18,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 9,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti