Bakı. Trend:
Qırğızıstanda ölkə tarixində ilk dəfə olaraq vətəndaşların milli pasportlarının çapına başlanılacaq.
Trend xəbər verir ki, bundan əvvəl Qırğızıstan hər il xaricdə bir yarım milyona qədər şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu sifariş edirdi.
"Prezident administrasiyası yanında "Uçkun" dövlət mətbəəsi üçün müasir avadanlıq alınıb. İndi ölkə tarixində ilk dəfə olaraq özümüz öz milli sənədlərimizi çap etməyə başladıq", - deyə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev bildirib.