Bakı. Trend:
"Sputnik Moldova"nın rəhbərinin deportasiyası ilə əlaqədar olaraq Moldovanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
Xatırladaq ki, "Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiya olunub.
Qeyd olunub ki, Moldovanın miqrasiya xidmətinin əməkdaşları Vitali Denisovu avtomobilə mindirərək deportasiya barədə qərarla aeroporta aparıblar. Ona ölkəyə girişinə 10 illik qadağa qoyulduğuna dair göstəriş təqdim olunub.
Moldova hakimiyyəti Vitali Denisovun ölkənin milli təhlükəsizliyini təhdid edən fəaliyyət həyata keçirmək niyyətində olduğunu açıqlayıb.