Bakı. Trend:
Braziliya Roma Statutunda imzasını geri götürərək Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirak etmək qərarına yenidən baxa bilər.
Trend-in məlumatına görə, bu barədə ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Flavius Dinu bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsi Braziliyanın hüquq sisteminə daxil edilib, lakin bir çox ölkələr, o cümlədən ən güclü dövlətlər bunu etməyiblər. Çünki müxtəlif ölkələrdə bu alətin tətbiqində bərabərlik yoxdur”, – deyə nazir qeyd edib.