Bakı. Trend:
Rusiyanın Türkiyədə qaz qovşağının tikintisi ləngimələrlə üzləşir.
Trend xəbər verir ki, gecikmə qaz qovşağı kimin idarə etməsi ilə bağlı fikir ayrılıqları səbəbindən yaranıb.
Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının tikintisini 2022-ci ilin oktyabrında, Rusiyanı Almaniya ilə birləşdirən “Şimal axını” qaz kəmərinin partlaması nəticəsində zədələnməsindən qısa müddət sonra təklif edib.
Qaz qovşağı layihəsi Moskva ilə Ankara arasında ona nəzarət üstündə yaranan mübahisə səbəbindən ləngiyib.