...

Braziliyada təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 03:11 (UTC +04:00)
Braziliyada təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın şimalındakı Amazon hövzəsinin ekvatorial tropik meşələrində təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər həlak olub.

“Embraer Bandeirante” təyyarəsinin göyərtəsində 12 turist və 2 ekipaj üzvü olub. Qəzadan sağ qalan yoxdur.

Hazırda təyyarədə xarici vətəndaşların olub-olmaması müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti