Bakı. Trend:
Bob Menendez Türkiyəni, belə görünür, Tayyib Ərdoğanı da tanımır.
Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin "PBS" televiziya kanalına müsahibəsində ABŞ-nin Türkiyəyə F-16 təyyarələri satışına qarşı çıxan ermənipərəst senator Bob Menendez barədə deyib.
Yunanıstanla Türkiyənin qədim dostluğu olduğunu deyən Ərdoğan Bob Menendez kimi şəxslərin Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək, F-16 təyyarələrinin Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirib.
"Menendezin Türkiyəyə düşmən münasibət bəslədiyi görünür və bizi özünün seçdiyi müəyyən müzakirə sferasına çəkməyə çalışır. Lakin biz bunun bir hissəsi olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil", - Türkiyə prezidenti deyib.