...

Ermənistanda əsgər ölümünə görə bölük komandiri həbs edildi

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 15:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Silahlı Qüvvələrinin atıcı bölük komandiri əsgərin ölümünə görə həbs olunub.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, leytenant rütbəli bölük komandiri Aleks Avanesyan adlı əsgəri növbətçilik etdiyi vaxt döyüş mövqeyində yuxuladığına görə sgər yoldaşlarının yanında alçaldıb. Sentyabrın 12-də Aleks Avanesyan intihar edib.

Bundan başqa, bölük komandiri başqa bir hərbi qulluqçuya qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

Fakt üzrə cinayət işi açılıb. Bölük komandiri hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırmaqda, həmçinin, başqa bir əsgərə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur. İlkin istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti