Bakı. Trend:
Qırğızıstanda 6,2 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, zəlzələnin episentri Almatı şəhərindən 122 kilometr cənub-şərqdə Qırğızıstan ərazisində yerləşib.
Zəlzələnin enerji sinfi 11.8-dir.
Zəlzələ nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.