Bakı. Trend:
İranda narkoloji dispanserdə yanğın olub, azı 32 nəfər ölüb, 16 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, yanğın paytaxt Tehran şəhərindən 200 kilometr məsafədə yerləşən Ləngərud şəhərində baş verib.
Yanğın artıq söndürülüb, hadisə ilə bağlı araşdırma aparılır.