...

Ərdoğan BMT-də Fələstin səsverməsində bitərəf qalan ölkələrlə görüş keçirəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2023 09:56 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də Fələstin səsverməsində bitərəf qalan ölkələrin dövlət başçıları ilə həm telefon, həm də üz-üzə görüşlər keçirəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, BMT-nin qətnaməsində “dərhal, daimi humanitar atəşkəs və hərbi əməliyyatların dayandırılması” tələbi yer alıb və Qəzzaya humanitar yardımların daşınmasını asanlaşdırmaq üçün lazımi addımların atılması lazım olduğunu bildirilib.

Məlumata əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən toplantısından sonra bitərəf ölkələri BMT-nin qətnaməsini qəbul edən 120 ölkənin tərəfinə çəkməyi hədəfləyən R.T. Ərdoğan dövlət başçıları ilə görüşərək atəşkəsə dəstək üçün səy göstərəcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti