Bakı. Trend:
Ermənistanda vətəndaşların sərbəst silah gəzdirməsinə icazə verilməsi məsələsi qanunvericilik səviyyəsində tənzimlənməlidir.
Trend xəbər verir ki, bu barədə hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Vilen Qabrielyan Ermənistan Milli Yığıncağının Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının iclasında deyib.
Müvafiq qanunlar paketini təqdim edən erməni deputatın sözlərinə görə, vətəndaşlar psixi sağlamlıq, müvafiq lisenziyanın olması və sair tələbələrə cavab verdikləri təqdirdə odlu silah gəzdirmək hüququna malik olacaqlar.
Qanunlar paketi müzakirələrdən sonra Ermənistan parlamentinin daimi komissiyası tərəfindən müsbət rəy alıb.
Qeyd edək ki, son zamanlarda Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirən Ermənistan hökumətinin eyni zamanda silah tədarükünü davam etdirməsi, o cümlədən müvafiq qanun layihələri qəbul etməklə mülki əhalinin silahlanmasına imkan yaratması bu ölkənin "sülhməramlı möqveyi"ni bir daha sual altında qoyur.