...

Bayraktar TB2-lər tezliklə silahlı qüvvələrimizin bir hissəsi olacaq - Albaniyanın Baş naziri

Dünya xəbərləri Materials 13 Dekabr 2023 06:11 (UTC +04:00)

Bakı. Trend:

Bayraktar TB2-lər tezliklə silahlı qüvvələrimizin bir hissəsi olacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama öz sosial media hesabında paylaşım edib.

“Albaniyanı bu pilotsuz uçuş aparatları parkı ilə tamamlamaq həm milli təhlükəsizliyimiz, həm də alyansın təhlükəsizliyi üçün hərbi strategiyadan irəli gələn öhdəliklər və NATO-nun potensial hədəflərinə uyğunluq baxımından xüsusi əhəmiyyət kəsb edir” – deyə Rama bildirib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin dekabr ayında Albaniya ilə Türkiyə arasında strateji tərəfdaşlığın məhsulu olaraq Bayraktar TB2 PUA donanmasının alınması üçün müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti