...

Ermənistanın sabiq müdafiə naziri barəsində həbs qərarı qüvvədə qalıb

Dünya xəbərləri Materials 10 Yanvar 2024 17:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan məhkəməsi sabiq müdafiə naziri David Tonoyan barəsində həbs qərarını qüvvədə saxlayıb.

Trend xəbər verir ki, bu barədə Tonoyanın vəkili Andranik Manukyan ermənistan KİV-inə məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə keçmiş müdafiə naziri barəsində həbs qətimkan tədbirinin ləğvinə dair müraciəti təmin etməyib.

Qeyd edək ki, David Tonoyan müdafiə naziri olduğu müddətdə yararsız aviaraketlər satın almaqda və 4,6 milyon dollar dəyərində vəsaiti mənimsəməkdə ittiham olunur. Sabiq nazir 2021-ci ilin sentyabr ayından həbsdədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti